Ukrayna ən çox Azərbaycandan neft idxal edib - MƏBLƏĞ
2017-ci ildə Azərbaycan Ukraynaya 376,877 mln. dollarlıq neft ixrac edib.
Ukrayna KİV-ləri xəbər verir ki, ötən il Ukrayna ümumilikdə 442,219 mln. dollarlıq 1 mln. ton neft idxal edib.
Bu idxalın 376,877 mln. dolları Azərbaycan, 37,707 mln. dolları İran, 17,504 mln. dolları Qazaxıstan, 10,131 mln. dolları isə digər ölkələrin payına düşür. Bildirilir ki, Ukraynanın 2017-ci ilin dekabrında idxal etdiyi neftin böyük hissəsi - 43,510 mln. dolları Azərbaycanın payına düşür.
Qeyd edək ki, 2016-cı ilin sonunda “Ukrtransneft” və “Ukrtatnafta” şirkətləri arasında “Azərlayt” markalı neftin 2017-ci ilin əvvəlindən “Şimal” (Odessa) terminalından “Kremençuqskiy” neft emalı zavoduna nəqli ilə razılıq əldə olunub. 2017-ci ilin martın 10-dan isə Azərbaycan neftinin “Şimal” (Odessa) terminalından “Kremençuqskiy” neft emalı zavoduna nəqlinə başlanılıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 16 d. əvvəl
-
15 saat əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
16 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 16 saat əvvəl
-
16 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 17 saat əvvəl
-
19 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 19 saat əvvəl
-
19 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
19 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 19 saat əvvəl
- 19 saat əvvəl