Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Sabah gözlənilən hava

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sabah gözlənilən hava
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sabah ölkə ərazisində gözlənilən hava proqnozu açıqlanıb.

 

Reklam_3_11

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Temperatur gecə 4-6° isti, gündüz 8-11° isti təşkil edəcək.

 

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə zəif duman olacaq, qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, dağlıq ərazilərdə 9-11° şaxta, gündüz 6-11° isti olacaq.

 

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti təşkil edəcək.

 

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.

 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

 

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 7-12° isti təşkil edəcək.

 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal-şərq küləyi əsəcək. Temperatur gecə 5-7° isti, gündüz 9-12° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti olacaq.

07.01.2018 10:47

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ