Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Sement qalxıb - MƏNZİLLƏR BAHALAŞACAQ”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Sement qalxıb - MƏNZİLLƏR BAHALAŞACAQ”

Sementin qiymətinin qalxdığı bildirilir.

 

Tikinti sektorundan adının açıqlanmasını istəməyən mənbə “Marja”ya bildirib ki, inşaatın əsas materiallarından biri olan sementin qiyməti yüksəlib.

 

Mənbənin sözlərinə görə, sement bahalaşdığı üçün bir sıra tikinti şirkətləri mənzillərin kvadrat metrinin qiymətini təxminən 30-50 manat qaldırmağı müzakirə edirlər.

 

Ekspertlər ehtimal edir ki, hazırda satışlar yüksək olmadığından tikinti şirkətləri qiymət artımına getməyə də bilərlər.

 

Bakıda pilot layihələr üzrə aparılan tikinti işlərinin sürətlənməsi sementə təlabatı artırıb. Paytaxt rayonlarında köhnə binalar sökülərək yerində daha iri yaşayış kompleksləri tikilir.

 

Azərbaycanın sement istehsalçılarından birindəki mənbəsi “ Marja”ya bildirdi ki, sementin bahalaşdığı barədə deyilənlər doğrudur. Yerli təchizatçıların qiymətləri qaldırması və işçilərin maaşlarının artırılmasını tələb etmələri qiymət artımını qaçılmaz edib.

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin yanvar-noyabr aylarında 2 milyon 658,9 min ton sement istehsal olunub. Bu, 2016-cı ilin 11 ayı ilə müqayisədə təxminən 25% çoxdur.

08.01.2018 08:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ