Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Fed/Williams: 2018-də faizin 3 dəfə artırılması məntiqlidir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed/Williams: 2018-də faizin 3 dəfə artırılması məntiqlidir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Mərkəzi Bankı Fed-in San-Fransisko şöbəsinin sədri Con Uilyams (John Williams), bu il faizin üç dəfə artırılmasının məntiqli olduğunu deyib.
 

"Marja" xəbər verir ki, Uilyams, "Olduqca yaxşı vəziyyətdəyik: İqtisadiyyat çox yaxşı gedir, hamı bizdən faizi mərhələli olaraq artırmağı gözləyir" deyib.


 
Uilyams, 6 Yanvarda Reuters-ə verdiyi müsahibəsində, "Əgər göstəricilər dəyişirsə, buna reaksiya verə bilərik" açıqlamasını verib.
 

İnflyasiyanın qəflətən qalxması məsələsində bir qorxusu olmadığını deyən Williams, "Bu il faizin üç dəfə  artırılması mənə məntiqli gəlir" şəklində danışıb.


 
Uilyams, "ABŞ iqtisadiyyatı iki il sonra çox müsbət bir yerdə olacaq: İnflyasiyanın 2 faiz və işsizliyin 4 faiz ətrafında olacağını gözləyirəm" şəklində bildirib.


 
 Uilyamsın bu il Federal Açıq Bazar Komitəsinin iclaslarında səsvermə hüququ var.

 

"FAİZİN 2 DƏFƏ ARTIRILMASININ TƏRƏFDARIYAM"

 

ABŞ Mərkəz Bankının (Fed) Filadelfiya şöbəsinin sədri Patrik Harker, Fed-in 2018-ci il ərzində 2 dəfə faiz artırmasının tərəfdar olduğunu açıqlayıb.
 
 
Uzun müddətdir Fed-in 2 faiz hədəfindən aşağı qalan inflyasiyanın iqtisadiyyat üçün problem yaradacağını bildirən Harker, "Əgər inflyasiyada zəiflik davam etsə, bu ciddi problem olacaqdır. Bu səbəbdən 2018-ci ildə faizin 2 dəfə artırılmasının məqsədəuyğun olacağı fikirdəyəm" -ifadələrini istifadə edib.


 
Harker, həmçinin hazırda 1,8 faiz səviyyəsində olan inflyasiyanın 2019-da 2%-i keçdikdən sonra yenidən  geriləməsini gözlədiyini dilə gətirib.


 
"İnflyasiyanın yalnız 2%-ə yüksəlməsi deyil bir müddət bu səviyyənin bir az üstünə çıxması faydalı olacaqdır" deyən Harker, Amerika iqtisadiyyatının bu il 2,5%-dən bir az çox artacağını gözlədiyini sözlərinə əlavə edib.


 
 "İNFLYASİYADA SON İKİ İLDƏ HEÇ BİR İRƏLİLƏYİŞ QEYD ETMƏDİK"


 
Filadelfiya Fed sədri Harker-in inflyasiya barəsindəki fikirlərinə qatılan bir başqa Fed rəsmisi St.Louis Fed sədri Ceyms Bullarddır (James Bullard).
 


Bullard, Bloomberg-ə verdiyi müsahibəsində, Fed-in son iki ildə inflyasiya hədəfinə doğru heç bir irəliləyiş qeyd etmədiyini vurğulayaraq, "Pul siyasətində bir qərarverici şəxs olaraq, inflyasiya bu qədər aşağıda qalarkən gözləyib görməyi üstün tuturam", -ifadələrini istifadə edib.

08.01.2018 04:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ