Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Neft bahalaşır, amma ABŞ-da istehsalın artacağı ehtimalı güclənir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft bahalaşır, amma ABŞ-da istehsalın artacağı ehtimalı güclənir

Baker Hughes-un neft qiymətlərinin 0.9 faiz artdığı Cümə günü açıqladığı məlumata görə, ABŞ-da qazılan neft quyularının sayı ötən həftə 5 ədəd azalaraq 742-yə düşüb.

 

"Marja" xəbər verir ki, ötən həftə neft qiymətləri, ABŞ-da neft ehtiyatlarının azalmaqda davam etməsi, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və tərəfdaşlarının hasilatlarını azaltmaları ilə kəskin yüksəlmişdir. 

 

Xam neftin qiymətlərində son günlər müşahidə edilən güclü yüksəliş, ABŞ-da şist nefti istehsalçılarının artan qiymətlərdən istifadə etmək üçün hasilatlarını artıra biləcəyi və bunun da OPEC və tərəfdaşlarının hasilatlarını azaltmalarının təsirlərini "siləcəyi" ehtimalını gücləndirib.
 


İndi treyderlər, qazılan quyuların və neftbazalarda ehtiyatların azalmasına baxmayaraq, diqqətlərini mövcud qiymətlərin yaxın aylarda istehsalın artmasına səbəb olacağı ehtimalına çeviriblər. 


 
Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, WTI nefti 61.44 dollardan, Brent nefti 67.77 dollardan alıcı tapıb. 

08.01.2018 05:22

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ