Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Dekabr ayında avtomobil satışları canlanıb”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Dekabr ayında avtomobil satışları canlanıb”

Nazirlər Kabinetinin avtomobillər üzrə idxal rüsumlarının Yanvar ayından etibarən qaldırılmasını nəzərdə tutan qərarından sonra, Dekabr ayında yeni avtomobil satışlarında canlanma müşahidə olunub.

 

Avtomobil bazarından adının açıqlanmasını istəməyən mənbə “Marja”ya bildirib ki, alıcılar 2018-ci ilin Yanvar ayından avtomobillərin kəskin bahalaşacağını düşünərək, alış qərarlarını daha tez reallaşdırmağa başladılar. Bu səbəbdən Dekabr ayında bir neçə rəsmi idxalçının satışlarında artım olub.

 

Mənbə qeyd edib ki, yeni rüsumlardan sonra 1,6 lirt mühərrikə malik avtomobilin qiyməti kəskin yüksəlməyəcək. “Əvvəlki illər ilə müqayisədə satışlar çox aşağıdır. Bəlkə,bir çox rəsmi idxalçı artam rüsumu öz gəlirindən ödəyərək, avtomobilin satış qiymətini qaldırmayacaqdır”.

 

Nazirlər Kabinetinin yeni qərarına əsasən, mühərik həcmi 1,5 litrdən yüksək olan avtomobillər üçün idxal rüsumları artırılıb.

 

Yeni qərara əsasən, mühərrikinin silindrlərinin işlək hissəsinin həcmi 1500 kubsantimetrdən çox, lakin 1800 kubsantimetrdən çox olmayan, mühərrikinin silindrlərinin işçi həcmi 1800 kubsantimetrdən çox, lakin 3000 kubsantimetrdən çox olmayan və mühərrikinin silindrlərinin işçi həcmi 3000 kubsantimetrdən çox olan təzə və istismar olunmuş minik avtomobilləri üçün idxal gömrük rüsumu artırılıb. Bu kateqoriyalardan olan təzə minik avtomobilləri üçün idxal gömrük rüsumu mühərrikin həcminin hər 1 kubsantimetri  üçün 0,70 dollar, istismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri üçün 1,2 dollar olacaq.

 

Mühərrikinin silindrinin işlək hissəsinin həcmi 1000 kubsantimetrdən çox olmayan və mühərrikinin silindrinin işlək hissəsinin həcmi 1000 kubsantimetrdən çox, lakin 1500 kubsantimetrdən çox olmayan minik avtomobilləri üçün gömrük idxal rüsumu dəyişməyib. Bu kateqoriyalarda təzə minik avtomobilləri üçün idxal gömrük rüsumu mühərrikin həcmin hər 1 kubsantimetri  üçün 0,40 dollar, istismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri üçün isə 0,70 dollardır.

08.01.2018 06:17

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ