Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Üzərində it təsviri olan virtual pul 680 faiz bahalaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Üzərində it təsviri olan virtual pul 680 faiz bahalaşdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Üzərində it təsviri olan virtual pul vahidi son 5 həftədə 680 faiz dəyər qazanıb.
 

"Marja" xəbər verir ki, Dogecoin Dekabr ayını 400%-lik artımla başa vuraraq 1 milyard dollarlıq bazar dəyərinə çatmış və 1 Dogecoin-in qiyməti də cümə günü 0.0107 dollar olmuşdu. 

Reklam_3_11

 

Ancaq bu "parodiya" kriptovalyutadakı bahalaşma həftə sonunda da dayanmadı və 0.0187 dollara çataraq bazar dəyərini 2 milyard dolların üzərinə qaldırdı.

 

Dogecoin, digər valyutalara nisbətən bir az daha fərqlidir, çünki 2013-ci ildə internet zarafatına əsasən "parodiya" olaraq yaradılmış bir pul vahididir. Dogecoin-in üzərində maskot kimi Yapon "Shiba inu" itininin təsviri verilib.   

 

Dogecoin-dəki bahalaşmanın təməl səbəbi yoxdur, ancaq mütəxəssislər, investorların ucuz kripto pullara yönəlmə strategiyası istiqamətində bu tip pullara tələbin artdığını və bunun da qiymətləri yuxarı qaldırdığını düşünür.
 
 

QURUCUSU DA NARAHATDIR


 
Dogecoin-dəki bahalaşma, pul vahidinin qurucularından olan, ancaq 2015-ci ildə ayrılan Jackson Palmeri də narahat edir. Palmer, "2 ildir tək bir proqram yenilənməsi təqdim etməyən bir pulun 1 milyard dolların üzərində bazar dəyərinə çatması kriptovalyutalardakı boşluğun səviyyəsi haqqında çox şey deyir", -ifadəsini istifadə edib.


 
Dogecoin-i inkişaf etdirən komanda üzvlərindən biri olan Patrik Lodder də  verdiyi açıqlamada, bu vəziyyəti bir "dəlilik" olduğunu söyləmişdi.

08.01.2018 08:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ