"Accessbank"a işçilər tələb olunur

1. Java developer

 

Öhdəliklər:

- Adapterlərin və servislərin işlənib hazırlanması, inteqrasiya şininin (ESB) sazlanması.

- İnteqrasiya şininin tətbiqi üzrə işlərin icrası (layihələndirmə, quraşdırma, sazlama, sınaqdan keçirmə, layihə və istismar sənədlərinin yaradılması).

 

Tələblər:

 

-Ali təhsil (kompüter texnologiyaları sahəsində təhsilə üstünlük verilir).

- Java programlaşdırılması sahəsində 3 ildən artıq iş təcrübəsi.

- МS SQL arxitekturasını və sorğu dilini bilmək

- Texniki və istifadəçi sənədlərinin yaradılması təcrübəsi

- Analitik təfəkkür, nəticəyə yönümlülük, komandada işləmək bacarığı, məsuliyyət.

 

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər.

 

Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

 


 

2. SQL developer

 

Əsas funksiyalar:

 

- MS SQL Server ilə iş

- T-SQL sorğularının tamamlanması və optimallaşdırılması

- İdarəetmə və analitik hesabatların işlənib hazırlanması

- SSRS, SQL, Excel, Access üzərində hesabatlılığın qurulması

 

Tələblər:

 

Əsas tələblər:

 

- Ali təhsil (kompüter texnologiyaları sahəsində təhsilə üstünlük verilir).

- Məlumatlar bazası ilə (MSSQL SERVER) ən azı 3 illik iş təcrübəsi.

- T-SQL sahəsində dərin biliklər, mürəkkəb sorğular yazmaq və onları optimallaşdırmaq bacarığı.

- MS SQL Reporting Services və MS Excel sahəsində biliklər.

- Texniki sənədləri tərtib etmək təcrübəsi.

- Ünsiyyətcillik, təfsilatlara diqqət yetirilməsi, həm texniki, həm də qeyri-texniki adresatlara ideyaları çatdırmaq qabiliyyəti, analitik təfəkkür, nəticəyə yönümlülük, komandada işləmək bacarığı.

 

İkinci dərəcəli tələblər:

 

- Maliyyə sahəsində iş təcrübəsi

- Azərbaycan və rus dilləri biliyi, texniki sənədləri oxumaq səviyyəsində ingilis dili biliyi.

 

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər.

 

Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

 


 

 3. Rəqəmsal Bankçılıq üzrə mütəxəssis

 

Öhdəliklər:

 

- Rəqəmsal Xidmətlərin inkişafı və təbliğatında aktiv iştirak etmək

- Biznes proseslərin hazırlanması və təkmilləşdirilməsi

-Biznes tərəfdaşlarla yazışmalar

-Analitik məlumatlarla iş, hesabatların hazırlanması

- Bazarın təhlili

 

Tələblər:

 

- Ali təhsil (iqtisadiyyat və ya texniki təhsilə üstünlük verilir)

- Analitik və müştərilərlə iş üzrə minimum 2 il təcrübə

- Danışıqlar aparmaq bacarığı, ünsiyyətcillik

- Yüksək səviyyədə azərbaycan, ingilis və rus dili biliyi

- MS-Office (Excel, PowerPoint, Word) programlarında sərbəst işləmək

bacarığı

- Təşəbbüskarlıq, analitik bacarıqlar, stress vəziyyətlərində özünü idarə

etmək qabiliyyəti

- Yeni texnologiyaları öyrənmək və sınamaq həvəsi

- Tapşırıqların həllində çeviklik

- Komanda daxilində məsuliyyətli, yüksək keyfiyyətli işləmək bacarığı və

istəyi

- Kreativ düşüncə

 

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər.

 

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

8 Yanvar 2018 , 14:21   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin