Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Qonşumuzda çörək bahalaşa bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qonşumuzda çörək bahalaşa bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Gürcüstanda çörəyin qiymətinin artacağı gözlənilir.

 

Bu barədə Gürcüstanın Çörək məmulatları İstehsalçıları Assosiasiyasının direktoru Malxaz Dolidze deyib.

 

O bildirib ki, ölkədə elektrik enerjisi və təbii qaza olan tariflərin artırılması çörək bazarında bahalaşmaya gətirib çıxaracaq:  “Çörəyin qiyməti artmasa, çəkisinin azalacağı istisna olunmur”.

 

M.Dolidze deyib ki, 2016-2017-ci illərdə Gürcüstanda unun qiyməti artmayıb. “Bu, Gürcüstana əsas buğda idxalçısı olan Rusiyada məhsulun yaxşı olması və qiymətin sabit qalması ilə bağlı olub”.

 

Assosiasiya direktoru qeyd edib ki, Gürcüstan hər il təxminən 800 min ton buğda istehlak edir, ölkədə isə cəmi 300 min ton buğda istehsal olunur.

 

Qeyd edək ki, ötən ilin iyulun 20-dən Gürcüstanda təbii qazın, cari ilin yanvarın 1-dən isə elektrik enerjisinin tarifi artırılıb.

 

©APA

08.01.2018 13:56

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ