Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Çinin ən varlı qadını - SƏRVƏTİ DAHA DA ARTDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çinin ən varlı qadını - SƏRVƏTİ DAHA DA ARTDI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Çinin daşınmaz əmlak şirkəti "Country Garden Holdings"in İdarə heyətinin sədr müavini Yang Huiyan, 36 yaşındadır və ölkənin ən varlı qadınıdır.


 
"Marja" xəbər verir ki, Yang Huiyan, şirkətinin səhmlərinin yüksəlməsi, ilin ilk dörd əməliyyat günündə sərvətinə 2,1 milyard dollar əlavə edib.

Reklam_3_11


 
"Country Garden Holdings"in səhmləri bazar ertəsi günü 6,9 faiz yüksəlib. Şirkətin son bir ildəki qiymətlənməsi isə 16 faizdir.


 
Yang, 25,6 milyard dollarlıq sərvətilə ölkənin ən varlı beşinci adamıdır.  


 
Çinin ən varlı qadını və ən gənc milyarderi Yang, şirkətin varisi olması səbəbindən 2005-ci ildə atası Yang Guoqiang-ın bütün səhmlərini təhvil almışdı. Yang Guoqiang, şirkətini 1992-ci ildə qurmuşdu.


 
"Country Garden Holdings", Çində əmlak bazarının ən qazanclı şirkətlərindən biridir. Şirkətin 2017-ci ildəki satışları 550,8 milyard yuan (85 milyard dollar) təşkil etmişdir ki, bu da 500 milyard yuan hədəfdən çoxdur.  


 
Çində əmlak bazarında digər nəhəng bir şirkət "Evergrande Group"dur. Şirkətin rəhbəri Hui Ka Yan, "Alibaba"nın qurucusu Jack Ma və texnologiya nəhəngi "Tencent"in İcraçı direktoru Pony Ma-dan sonra ölkənin ən varlı üçüncü adamıdır. Şirkətinin səhmlərinin yüksəlməsilə Hui Ka Yan-ın sərvətini 38,2 milyard dollara qalxıb.

09.01.2018 03:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ