Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

OPEC: İran və Venesuelaya görə hasilat artırılmayacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
OPEC: İran və Venesuelaya görə hasilat artırılmayacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

OPEC-dən yüksək vəzifəli bir səlahiyyətli, İran və Venesueladakı böhranlar neft təklifində problemə səbəb olsa da, təşkilatın neft hasilatını artırmayacağını deyib.



 
"Marja" Reuters-ə istinadən xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) yüksək vəzifəli bir səlahiyyətli, qurumun neft təklifindəki qısamüddətli problemlərə reaksiya verməyəcəyini açıqlayıb. 

 

Səlahiyyətli, "İran və Venesuelanın neft təklifində (satışında) problem baş versə belə, OPEC hasilatı artırmayacaqdır" deyib.
 


OPEC-in İrandakı etirazları və Venesueladakı iqtisadi böhranı izlədiyini qeyd edən səlahiyyətli, ciddi və uzunmüddətli bir problem olmadığı halda neft hasilatının azaldılması müqaviləsini davam etdirməyə sadiq qalacaqlarını qeyd edib.
 


Venesueladakı böhran ölkənin neft hasilatının azalmasına gətirib çıxarmış, ancaq İrandakı etirazların neft hasilatına təsiri məhdud qalmışdır.
 
 
Səlahiyyətli, neft istehsalında bir aydan daha uzun müddət ərzində, gündəlik təklifdə 1 milyon barrel azalma baş verməsi və tələbatın ödənməməsi halında, OPEC-in hazırkı siyasətində dəyişikliyə gedə biləcəyini deyib.


 
OPEC rəsmisi, neft bazarının yenidən sabitləşməyə başladığını, ancaq qlobal neft ehtiyatının hələ də beş illik ortalamanın üzərində olduğunu vurğulayıb.


 
OPEC və Rusiya, aşağı neft qiymətlərinə qarşı neft hasilatının məhdudlaşmasını nəzərdə tutan müqaviləni 2018-ci ilin sonuna qədər uzatmışdır.


 
 Brent neftin barel qiyməti 68 dolları ötüb.

09.01.2018 03:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ