Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Geyim nəhənginə dünyadan böyük reaksiya

iç səhifə xəbər başlığı altı (mobil)_31
Geyim nəhənginə dünyadan böyük reaksiya

H&M-in İngiltərədə fəaliyyət göstərən onlayn alış-veriş saytında qaradərili bir uşağın geyinərək təqdim etdiyi köynək üzərindəki mesaj səbəbilə irqçilikdə günahlandırılıb.


 

İsveçin geyim nəhəngi H&M, internet saytında satılan və qara bir uşağın geyindiyi köynəyin üzərində "meşənin ən cəlbedici meymunu" ("Coolest monkey in the jungle") yazması ilə əlaqədar olaraq irqçilikdə günahlandırılıb.
 
  
"Marja" xəbər verir ki, ilk olaraq görüntü "New York Times"in qaradərili yazarı Charles M. Blow-un diqqətini çəkib. O, sosial mediada H&M-i hədəf alaraq "ağlınızı itirmisiniz?" mesajını paylaşıb.


 
Qısa müddət sonra H&M şirkəti, başda sosial media olmaqla bir çox insan tərəfindən "topa tutulub" və irqçilik etdikləri səbəbilə də ağır tənqidlərə məruz qalıb. 

 

H&M şirkəti məsələ ilə bağlı "New York Daily News"a bəyanat verib.


 
Açıqlamada, "Görüntü bütün H&M saytlarından silinib. İnciyən şəxslərdən üzr istəyirik",- deyilib.


 
Mütəxəssislər fotonun marketinq komandalarından necə keçdiyinin və bütün dünyada istifadə edildiyinin sorğu-sual edilməsi lazım olduğuna diqqət çəkirlər.

09.01.2018 04:46

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ