Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Bankların əməliyyat mənfəətində xüsusi ehtiyatlara ayırmaların payı azalır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bankların əməliyyat mənfəətində xüsusi ehtiyatlara ayırmaların payı azalır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycan bankları əldə etdikləri 934,5 milyon manat məbləğində əməliyyat mənfəətinin 316,8 milyon manatını və yaxud 33,9%-ni aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırıblar.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, bu, nisbət yanvar-oktyabr aylarının yekununda 35,1%, yanvar-sentyabr aylarının yekununda isə 39,1% təşkil edib. Başqa sözlə, bankların əməliyyat mənfəətində xüsusi ehtiyatlara ayırmaların payı azalmaqdadır.

 

Ötən il sözügedən göstəricinin ən yüksək həddi yanvar-fevral aylarının yekununda qeydə alınıb. Azərbaycan bankları 2 ay ərzində 197,3 milyon manat əməliyyat mənfəəti əldə edib ki, bunun da 143,6 milyon manatını və yaxud 72,8%-ni xüsusi ehtiyatlara yönəldiblər. Növbəti aylarda ehtiyat ayırmalarının payı gah artıb, gah da azalıb və nəhayət ki, son 3 ayın - sentyabr, oktyabr və noyabr aylarının yekununda azalan xətt üzrə davam edib.

 

2017-ci ildə, yalnız yanvar ayında banklar xüsusi ehtiyatlar yaratmaq üçün kapitallarından istifadə ediblər. Buna səbəb kredit təşkilatlarının ilin ilk ayını 282,4 milyon manat məbləğində əməliyyat zərəri ilə başa vurmasıdır. Son nəticədə onların ehtiyatlara ayırdığı 212 milyon manat vəsait əməliyyat mənfəətinin hesabına formalaşmayıb.

 

Hesabat dövrü

Əməliyyat mənfəəti 

(milyon manatla)

Xüsusi ehtiyatlara ayırmalar 

(milyon manatı)

Əməliyyat mənfəətində xüsusi ehtiyatlara ayırmaların payı

Yanvar

-282,4

212,0

-

Yanvar-fevral

197,3

143,6

72,8%

Yanvar-mart

310,2

180,7

58,3%

Yanvar-aprel

399,8

243,7

61,0%

Yanvar-may

436,7

248,6

56,9%

Yanvar-iyun

508,8

408,9

80,4%

Yanvar-iyul

530,4

297,3

56,1%

Yanvar-avqust

565,8

196,8

34,8%

Yanvar-sentyabr

820,8

321,3

39,1%

Yanvar-oktyabr

880,9

309,6

35,1%

Yanvar-noyabr

934,5

316,8

33,9%

 

© "Renkinq" 

09.01.2018 06:41

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ