Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Yaponiya Mərkəzi Bankı mühüm qərar verib - ALIŞLARI AZALTDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yaponiya Mərkəzi Bankı mühüm qərar verib - ALIŞLARI AZALTDI

Yaponiya Mərkəzi Bankı (BOJ) 10 ildən uzun müddətli istiqraz alışlarını azaltmaq qərarı verib. 


 
"Marja" xəbər verir ki, BOJ, Çərşənbə axşamı günkü açıq bazar əməliyyatlarında uzunmüddətli aktiv (istiqraz) alışlarını 10 milyard yen azaldıb.


 
Yaponiya Mərkəz Bankı, 10 - 25 illik xəzinə istiqrazları alışını 10 milyard yen azaldaraq 190 milyard yenə endirib. Bank, 25 ildən uzun müddətli istiqrazlarda da alışları 10 milyard yen azaldaraq 80 milyard yenə salıb.
 

BOJ-un addımının ardından istiqraz faizləri yüksəlib.


 
Yaponiyada 10 illik xəzinə istiqrazlarının faizi 1 bənd artıraraq 0.065% səviyyəsinə yüksəlib; 30 il müddətli istiqrazların faizi 1.5 bənd artaraq 0.830% səviyyəsinə qalxıb. 

 

Dollar/yen məzənnəsi, Yaponiya Mərkəzi Bankının istiqraz alışlarını azaltmaq qərarından sonra geriləyib. Dollar/yen məzənnəsi 0.4 faiz düşərək 112.64 səviyyəsinə enib (Dollar ucuzlaşıb, yen bahalaşıb).

09.01.2018 07:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ