Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

PAŞA Bank yeni biznes-texnologiyasına start verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA Bank yeni biznes-texnologiyasına start verdi

PAŞA Bank “Asan İmza” mobil elektron imza xidmətinin operatoru olan B.EST Solutions şirkəti ilə birlikdə B2B- yeni biznes texnologiyaya start verib. Bu barədə "Marja"ya  “Asan İmza” mobil elektron imza xidmətinin operatoru olan B.EST Solutions şirkətindən bildirilib.

 

Reklam_3_11

B2B texnologiyası – sahibkarlar arasında köhnə kağız ödəniş tapşırıqları mübadiləsi sisteminə əvəz kimi gələn bank kommersiya əməliyyatlarının yeni səviyyəsidir. Bu texnologiya sayəsində PAŞA Bank-ın müştərisi “Asan İmza” mobil elektron imza vasitəsilə ödəniş tapşırıqlarını, standart və təcili ödəmələri, eləcə də vergi və digər büdcə köçürmələrini elektron şəkildə imzalaya və təsdiqləyə bilər. İmzalanan elektron sənədlər avtomatik rejimdə B2B kanalı vasitəsilə banka ötürülür.

 

İndi bu xidmətdən istifadə edən PAŞA Bank-ın istənilən müştərisi B2B kanalı vasitəsilə müəssisənin resurslarının planlaşdırılması sistemini, ERP sistemini bank sistemilə asanlıqla və rahat şəkildə inteqrasiya edə biləcək, eləcə də digər (kağız daşıyıcıları, internet-bankinq, mobil proqramlar və s. kimi) alətlərdən istifadə edərək ödəmələri hesablaya biləcəkdir.

 

Qeyd etmək lazımdır ki, “Asan İmza” mobil elektron imza sertifikatları PASHA Bank və onun müştəriləri arasındakı maliyyə tranzaksiyalarının nəinki təhlükəsizliyini, eləcə də əməliyyatların mobilliyi, sürəti, həmçinin vəsaitlər və insan resurslarına qənaəti təmin etmiş olur.

09.01.2018 07:15

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ