"Ketchi" markasının sahibi barəsində cinayət işi başlanıb - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Ketchi" markasının sahibi barəsində cinayət işi başlanıb - YENİLƏNİB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Mülhazil Balakişiyevin "Atena" şirkətilə heç bir əlaqəsi yoxdur".

 

Bu barədə "Marja"ya "Atena"şirkətinin bağlı olduğu "Atropatena" QSC-dən bildirilib.

 

"Atropatena" şirkətinin təsisçisi və rəhbəri Elşad Rəsulov, "Atena" şirkətinin rəhbəri isə onun qardaşıdır. Dələduzluqda ittiham olunan Mülhazil Balakişiyev "Ketchi" markasının sahibi olan "BMS Aqro" MMC-nin təsisçisidir. "BMS Aqro"nun  "Atena" şirkətilə bağlılığı yoxdur. Ağcəbədi rayonunda "BMS Aqro" şirkətinin ferması, "Atena" şirkətinin ferması və zavoduna yaxın olduğundan çoxları bu şirkətin də bizə bağlı olduğunu zənn edir",- "Atropatena" QSC-dən bildirilib.

 

Qeyd edək ki,  "Ketchi", "BMS Aqro" MMC tərəfindən istehsal olunan Azərbaycanın keçi südü məhsulları markasıdır. Keçilər Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən 10.000 başlıq fermada saxlanılır.

 

XXX

 

Azərbaycanda məşhur iş adamı yarım milyon dollarlıq dələduzluqda ittiham edilir.

 

Bakı şəhər sakini 1965-ci il təvəllüdlü Nəsimi Dadaşov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2015-ci ildə Ağcəbədi rayon sakini Mülhazil Balakişiyev onun etimadından istifadə edərək 500 min ABŞ dolları pulunu alıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

 

Qeyd edək ki, M.Balakişiyev iş adamıdır. O, “Atena” süd məhsulları kombinatının təsisçisi və “Fərhad-91” yun emalı müəssisəsinin sahibidir. 

 

© Report

09.01.2018 08:19

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ