Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Dələduzluqda ittiham olunan keçi fermasının sahibidir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dələduzluqda ittiham olunan keçi fermasının sahibidir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Bakı şəhər sakininə qarşı dələduzluqda ittiham olunan Mülhazil Balakişiyevin "Atena" şirkətilə heç bir əlaqəsi yoxdur".

 

Reklam_3_11

Bu barədə "Marja"ya "Atena"şirkətinin bağlı olduğu "Atropatena" QSC-dən bildirilib.

 

"Atropatena" şirkətinin təsisçisi və rəhbəri Elşad Rəsulov, "Atena" şirkətinin təsisçisi isə onun qardaşıdır. Dələduzluqda ittiham olunan Mülhazil Balakişiyev "Ketchi" markasının sahibi olan "BMS Aqro" MMC-nin təsisçisidir. "BMS Aqro"nun  "Atena" şirkətilə bağlılığı yoxdur. Ağcəbədi rayonunda "BMS Aqro" şirkətinin ferması, "Atena" şirkətinin ferması və zavoduna yaxın olduğundan çoxları bu şirkətin də bizə bağlı olduğunu zənn edir",- "Atropatena" QSC-dən bildirilib.

 

Qeyd edək ki,  "Ketchi", "BMS Aqro" MMC tərəfindən istehsal olunan Azərbaycanın keçi südü məhsulları markasıdır. Keçilər Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən 10.000 başlıq fermada saxlanılır.

 

Bu gün, "Report" İnformasiya Agentliyi yazıb ki,  2015-ci ildə Ağcəbədi rayon sakini Mülhazil Balakişiyev onun etimadından istifadə edərək Bakı şəhər sakini 1965-ci il təvəllüdlü Nəsimi Dadaşov 500 min ABŞ dolları pulunu alıb. Nəsimi Dadaşov hüquq-mühafizə orqanlarına müraciət edib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

 

Xəbərdə qeyd edilib ki, M.Balakişiyev iş adamıdır. O, “Atena” süd məhsulları kombinatının təsisçisi və “Fərhad-91” yun emalı müəssisəsinin sahibidir. 

09.01.2018 08:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ