Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Prezident Bolqarıstana rəsmi səfərə dəvət edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Prezident Bolqarıstana rəsmi səfərə dəvət edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bolqarıstan Prezidenti Rumen Radev yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

 

Reklam_3_11

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

 

Rumen Radev dövlətimizin başçısını Yeni il münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Bolqarıstan Prezidenti, eyni zamanda, bu yaxınlarda Bakıdan Sofiyaya birbaşa hava xəttinin açılması ilə bağlı Prezident İlham Əliyevə minnətdarlığını bildirərək, bunun iki ölkə arasında əlaqələrin möhkəmlənməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

 

Göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev, öz növbəsində, Bolqarıstan Prezidenti Rumen Radevə Yeni il münasibətilə təbriklərini çatdırıb. Dövlətimizin başçısı yeni açılmış Bakı-Sofiya hava xəttinin Azərbaycan-Bolqarıstan əməkdaşlığının daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

 

Bolqarıstan Prezidenti “Cənub Qaz Dəhlizi” layihəsinə toxunaraq bunun Avropanın qaz təchizatının şaxələndirilməsi baxımından əhəmiyyətini və bu layihədə Azərbaycanın həlledici rolunu xüsusi vurğulayıb, Azərbaycanın Bolqarıstanın qazlaşdırılması işində iştirakında ölkəsinin maraqlı olduğunu qeyd edib.

 

Prezident İlham Əliyev bildirib ki, Cənub Qaz Dəhlizinin icrası uğurla davam etdirilir, bu il TANAP layihəsinin başa çatması gözlənilir və yaxın gələcəkdə Azərbaycan qazı Bolqarıstan ərazisinə çatdırılacaqdır.

 

Söhbət zamanı Prezident Rumen Radev Azərbaycan Prezidentini Bolqarıstana rəsmi səfərə dəvət edib.

 

Prezident İlham Əliyev dəvəti minnətdarlıqla qəbul edib.

09.01.2018 11:58

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ