Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"PAŞA Bank" növbəti ilkə imza atdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
"PAŞA Bank" növbəti ilkə imza atdı

 

Ölkənin aparıcı korporativ bankı PAŞA Bank biznes tərəfdaşları, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Azercell Telekom, Azәrbaycan Coca-Cola Bottlers Limited və Caspian Marine Services Limited ilə birgə Azərbaycan maliyyə bazarında növbəti ilkə imza ataraq yeni texnoloji B2B (business-to-business) layihəsinə start verib.

Reklam_3_11

 


Bu yeni məhsul sahibkarlıq fəaliyyətini həyata keçirənlər arasında aparılan kommersiya əməliyyatları üçün nəzərdə tutulan müasir rəqəmsal bir bank xidmətidir.

 

Xidmətdən bəhrələnən PAŞA Bank müştərisi özünün Müəssisə Resurslarının Planlaşdırılması (Enterprise Resource Planning, ERP) sistemini xüsusi B2B kanalı vasitəsilə bank sistemi ilə inteqrasiya edir və digər alətlərdən (kağız daşıyıcısı, internet bankçılıq, mobil əlavə və s.) istifadə etmədən hesablaşmaları öz daxili sistemi vasitəsi ilə rahat və çevik şəkildə aparır.

 


B2B platformasından bəhrələnərək PAŞA Bank Müştəriləri beynəlxalq və yerli hesablaşmalar, o cümlədən standart və təcili ödənişlər, vergi və ya digər büdcə ödənişləri, şirkət-daxili hesablaşmalar, valyuta mübadiləsi və s. əməliyyatları həyata keçirmək və təsdiqləmək, ödənişlərin statusunu yoxlamaq, müvafiq hesabatları almaq və bu xidmətdən istifadə qaydalarında nəzərdə tutulan digər bu kimi üstünlükləri əldə edirlər.

 


PAŞA Bankın İdarə Heyətinin Sədri Taleh Kazımovun sözlərinə görə, yerli bazarda bu yeniliyin təqdim edilməsi korporativ müştərilərimizlə daha rahat ünsiyyət qurmaq üçün geniş imkanlar açır.

 

“Bu layihənin reallaşdırılması Bankın dayanıqlı inkişaf prinsiplərinə və 2018-2020-ci illər üzrə İnkişaf Strategiyası çərçivəsində bankçılığın rəqəmsal modelinə keçid üzrə hədəflərinə tam uyğundur. Əminəm ki, bu yeni alət müştərilərlə qarşılıqlı əlaqələrimizi biznes-tərəfdaşlığının müasir formasının daha yüksək səviyyəsinə qaldıracaq”, - deyə T.Kazımov fikrini yekunlaşdırdı.

09.01.2018 13:31

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ