Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bitcoin-ə "saxtakarlıq" deyən addan açıqlama: "Peşmanam"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bitcoin-ə "saxtakarlıq" deyən addan açıqlama: "Peşmanam"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 
"JPMorgan Chase"in İcraçı direktoru Jamie Dimon, Çərşənbə axşamı günü verdiyi açıqlamada Bitcoin-in bir saxtakarlıq olduğunu dediyi üçün peşman olduğunu, ancaq hələ də bu virtual pul ilə maraqlanmadığını dilə gətirib.


 
Dimon, Sentyabr ayında keçirilmiş bir bank konfransında Bitcoin-un bir "saxtakarlıq" (fırıldaq və dələduzluq) olduğunu demişdi.


 
"Marja" xəbər verir ki, Jamie Dimon FOX Business-ə verdiyi müsahibəsində "Blok zənciri həqiqətdir. Virtual yen və ya dollar tərzində şeylərə sahib ola bilərsiniz" deyib.


 
NƏ DEMİŞDİ?

 

"JP Morgan Chase"in İcraçı direktoru Dimon, keçən il sentyabr ayında virtual pul Bitcoin-in "bir saxtakarlıq" olduğunu söyləmiş, bu pulu satın alan insanların ağılsız olduğunu demiş və bu açıqlaması böyük əks-səda doğurmuşdu. Hətta Dimon, əməkdaşlarından birinin Bitcoin alması vəziyyətində o adamı dərhal işdən qovacağını da söyləmişdi.

09.01.2018 14:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ