Ən yuxarı (mobil)_30

Elektron imza elektron bankçılıqda!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Elektron imza elektron bankçılıqda!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”inin prioritetlərindən biri olan “Rəqəmsal ödənişlərin genişləndirilməsi” istiqamətində Mərkəzi Bank tərəfindən kompleks tədbirlər davamlı olaraq həyata keçirilməkdədir. Bu barədə "Marja"ya Mərkəzi Bankdan bildirilib.

 

Məlumatda qeyd edilib ki, məlumat mübadiləsi zamanı yüksək informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə Mərkəzi Bankda yaradılmış və 2014-cü ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən akkreditasiya edilmiş Bank Sertifikat Xidmətləri Mərkəzinin (BSXM) elektron imza alətlərinin yalnız Mərkəzi Bankın operatoru olduğu informasiya resurslarına, ödəniş və hesablaşmalar sistemlərinə deyil, həmçinin kredit təşkilatlarının müştərisi olan hüquqi və fiziki şəxslər üçün təklif olunan elekton bankçılıq və “müştəri-bank” xidmətlərində tətbiqinə başlanılmışdır.

 

Bu hədəfin realizasiyası çərçivəsində BSXM tərəfindən göstərilən elektron xidmətlərə kredit təşkilatlarının qoşulması, müvafiq səlahiyyət və öhdəliklərin müəyyən edilməsi məqsədilə kollektiv saziş hazırlanmış və kommersiya banklarının ardıcıl olaraq sazişə qoşulmaları təmin edilməkdədir. Cari ildə hesablaşmaların, standart və təcili ödənişlərin, vergi və ya digər büdcə ödənişlərinin, o cümlədən valyuta mübadiləsi xidmətlərinin daha effektiv təşkili məqsədilə PAŞA Bank tərəfindən həyata keçirilən “Business-to-business” layihəsi çərçivəsində məlumat mübadiləsinin təhlükəsizliyi BSXM-in elektron imza sertifikatları vasitəsilə təmin edilmiş və banka təqdim olunan bütün ödəniş tapşırıqlarının müştəri tərəfindən elektron imza ilə təsdiq edilərək avtomatlaşdırılmış qaydada göndərilməsinə başlanılmışdır.

 

Bank sektorunda müasir informasiya texnologiya infrastrukturunun yaradılması və rəqəmsal ödənişlərin genişləndirilməsi istiqamətində müvafiq tədbirlərin Mərkəzi Bank tərəfindən realizasiyası davam etdirilir və yaxın zamanlarda digər bankların da öz müştəriləri ilə münasibətlərdə BSXM-in xidmətlərindən istifadəsi planlaşdırılır.

09.01.2018 15:05

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ