Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Dollarda müəmma - "2018, Dolların ucuz qalacağı bir il olacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollarda müəmma - "2018, Dolların ucuz qalacağı bir il olacaq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qlobal investisiya bankı "Goldman Sachs"ın baş iqtisadçısı Jan Hatzius, ABŞ Mərkəzi Bankı Fed-in bu il cəmi 4 dəfə faiz artıra biləcəyinin gözlənilməsinə baxmayaraq, dolların zəif qalacağı il ola biləcəyini deyib.

 

"Marja" CNBC-yə istinadən xəbər verir ki, Hatzius məsələ ilə bağlı olaraq "Dolların ən azından böyük pul vahidləri qarşısında, hətta bir az da inkişaf edən ölkə pulları qarşısında zəif (gücsüz, ucuz) ola biləcəyini hesab edirik" - deyib.

 

Normal şərtlərdə bir ölkənin Mərkəzi Bankının faiz artırması milli pul vahidini dəstəkləyir (bahalaşır), ancaq Hatzius sinxron qlobal inkişaf dövrü olduğundan, həmçinin digər mərkəzi bankların siyasət faizlərini (uçot dərəcəsini) mümkün qaldırmaları ehtimalının dolların cazibəsini itirməsinə səbəb olacağını qeyd edib. Ekspert "belə bir şəraitdə dolların əhəmiyyətli dərəcədə dəyər qazanacağını görmək çətindir" deyə bildirib.

 
Dollar indeksi keçən ili təxminən 10% nisbətində azalma ilə başa vurmuşdu. Bazarlarda ABŞ valyutasının bu il də zəif qalacağına dair gözləntilər var. Bu fikri müdafiə edənlər, ABŞ Prezidenti Donald Trumpın siyasətləri daxil bəzi qeyri-müəyyənliklər olduğuna diqqət çəkirlər.
 

2017-ci ildə Fed-in 3 dəfə faiz artırması və Trump hökumətinin vergi islahatını qəbul etməsinə baxmayaraq, dollar, avro qarşısında da 10% ucuzlaşıb.

 

"Rabobank Forex"dən Ceyn Foley digər iqtisadiyyatların təşviqləri azaltmalarının daha təsirli ola biləcəyinə diqqət çəkir. Foley "Digər G10 ölkələrinin yumuşaq pul siyasətini sərtləşdirmələri ehtimalı, Fed-in faiz artımlarının dollar üzərində təsirini azalda bilər",- deyib. Ekspert, bütün bu müəmmalar ilə ABŞ aktivlərinin yaxın perspektivdə "etibarlı liman" statusunu də itirəcəyinə inanır.

09.01.2018 15:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ