Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda “Venzana” mebel fabriki tikiləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda “Venzana” mebel fabriki tikiləcək

“Saloğlu” şirkəti Ağstafa rayonunda “Venzana” mebel fabrikini tikəcək.

 

Reklam_3_11

“Marja” xəbər verir ki,  hazırda “Venzana” mebel fabrikinin tikintisi istiqamətində işlər davam etdirilir. Bu mebel fabriki 4 istehsal sahəsindən ibarət olacaq. İstehsal ediləcək məhsulların daxili bazarla yanaşı, Almaniya, Belçika, Fransa, Hollandiya, İtaliya, İspaniya və İsveçə ixracı nəzərdə tutulub.

 

Artıq rayonda “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində “Modern” mebel fabriki yaradılmışdır. İki hektar ərazisi olan fabrik 7 istehsal sahəsindən ibarətdir. Fabrik Almaniya və İtaliyanın aparıcı şirkətlərinin avadanlıqları ilə təchiz olunub. Burada 200 nəfər daimi işlə təmin edilib. Müəssisənin texniki imkanları yüksək səviyyəli məhsul istehsal etməyə imkan verir.

 

Hazırda istehsal olunan məhsulların artıq xarici bazarlara çıxarılmasına başlanılıb. İşçilərin istirahəti, onların məişət şəraitinin yaxşılaşdırılması üçün burada körpələr evi-uşaq bağçasının, əyləncə və ticarət mərkəzlərinin inşası nəzərdə tutulub. Ərazidə mebel satış mərkəzi ilə yanaşı, “Yaşıl Bazar” satış kompleksi və mehmanxana fəaliyyət göstərəcək

10.01.2018 05:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ