Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Masallıda çəltik sahələri iki dəfədən çox artırılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Masallıda çəltik sahələri iki dəfədən çox artırılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ötən il Masallıda 195 hektar çəltik sahəsindən 560 ton məhsul yığılıb. Bu il çəltik sahələrinin iki dəfədən çox artırılaraq 400 hektara çatdırılması nəzərdə tutulub.

 

Reklam_3_11

Masallı rayonunda aqrar bölmədə çalışan fermerlərin və məhsul istehsalçılarının ənənəvi əkin sahələrinə, o cümlədən çəltikçiliyə marağı daha da artıb.

 

Çəltikçilik Masallı rayonu üçün yeni təsərrüfat sahəsi olmasa da, uzun müddət unudulduğundan müasir texnikalara ehtiyac yaranıb. Artıq bu ehtiyacları ödəmək üçün “Aqrolizinq” ASC-nin Masallı-Yardımlı bölməsinə 6 adda müasir tipli yeni texnika gətirilib.

 

Bundan əlavə, rayona çəltikçiliklə bağlı mini kombayın, şitil yetişdirən, şitiləkən və digər texnikaların gətirilməsi də nəzərdə tutulub.

 

Çəltik sahələrindən yüksək məhsuldarlıq əldə etmək üçün əsas şərtlərdən hesab edilən mineral gübrələrin istifadəsi də diqqət mərkəzindədir. “Aqrolizinq” ASC-nin Masallı-Yardımlı bölməsinin rəhbəri Adil Həsənov bildirib ki, gübrə sarıdan indiyə kimi heç bir çətinlik olmayıb.

 

© Azərtac

10.01.2018 05:46

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ