Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda iqtisadi artım sürətlənəcək - DÜNYA BANKINDAN PROQNOZ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda iqtisadi artım sürətlənəcək - DÜNYA BANKINDAN PROQNOZ

Dünya Bankı 2018-2020-ci illərdə Azərbaycanda iqtisadi artımın 2,6%-dək sürətlənməsini proqnozlaşdırır.

 

Bankın saytında dərc olunan yanvar ayının “Global Economic Prospects” icmalına əsasən, 2018-ci ildə Azərbaycanda ÜDM-in artımı 0,9%, 2019-cu ildə 1,5% təşkil edəcək (bankın oktyabr proqnozlarına uyğundur).

 

2020-ci ildə Azərbaycanda iqtisadi artım 2,6% səviyyəsində proqnozlaşdırılır.

 

“2017-ci ildə Azərbaycanda iqtisadiyyatında azalma davam edib, baxmayaraq ki, bu 2016-cı illə müqayisədə daha az templərlə baş verib. Ötən il resessiya 3,1% təşkil edib. İqtisadiyyatda 2014-2016-cı illərdə dünya bazarlarında neftin qiymətinin azalması nəticələri, bank sektorunda problemlər özünü biruzə verir. Zəif pul-kredit siyasəti, maliyyə bazarının kiçik həcmi əhalinin real gəlirlərinin artımına zərər vuran inflyasiya ilə mübarizədə səmərəliliyi məhdudlaşdırıb. Lakin, qeyri-neft sektorunda və sərmayələrin artımı əlamətləri qeyd edilir”, - icmalda bildirilir.

 

2018-ci ildə Azərbaycan hökuməti ÜDM-in artımını 1,5%, 2019-cu ildə 4%, 2020-ci ildə 3,7% səviyyəsində proqnozlaşdırır.

 

2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda ÜDM-in artımı 0,2%, orta illik inflyasiya 13,4% təşkil edib. 

 

© İnterfaks-Azərbaycan

10.01.2018 06:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ