Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Nəhəng bank Azərbaycanla bağlı yeni strategiya hazırlayır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nəhəng bank Azərbaycanla bağlı yeni strategiya hazırlayır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanla bağlı 2019-2023-cü illəri əhatə edən yeni strategiya hazırlamağa başlayıb. Bu barədə bankın Bakı nümayəndəliyindən məlumat verilib.

 

"Biz artıq Azərbaycanla bağlı yeni strategiyanın hazırlanması üzərində işə başlamışıq, belə ki, 2014-2018-ci illəri əhatə edən mövcud strategiyanın müddəti bu il başa çatır. Yeni strategiya da 5 illik olacaq və 2019-2023-cü illəri əhatə edəcək", - deyə məlumatda bildirilir.

 

Cari ilin aprel-may aylarında AİB missiyası sənədlə bağlı müzakirələr aparmaq üçün Azərbaycana gələcək.

 

"Bizim qiymətləndirmələrimizə görə, III rübdə strategiyanın layihəsi baxılmaq üçün Azərbaycan hökumətinə təqdim olunacaq. Daha sonra bankın Direktorlar Şurası tərəfindən strategiyanın təsdiqlənmə tarixi müəyyən olunacaq", - deyə məlumatda qeyd olunur.

 

©  “İnterfaks-Azərbaycan” 

10.01.2018 07:01

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ