Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

PROKON şirkəti “SOCAR Polymer” üçün layihəni uğurla həyata keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
PROKON şirkəti “SOCAR Polymer” üçün layihəni uğurla həyata keçirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

PROKON şirkəti “SOCAR Polymer” üçün Polipropilen/Yüksək sıxlıqlı polietilen istehsalı layihəsi çərçivəsində son məhsul anbarının mühəndis-layihələndirmə, təchizat və tikinti işlərini uğurla bitirmişdir. Bu barədə "Marja"ya Nobel Oil Services şirkətindən bildirilib.


Sumqayıtda Polipropilen və Yüksək sıxlıqlı polietilen istehsalı zavodunun şərq hissəsində yerləşən son məhsul anbarı ölçüsü 84 x 176 m. və daxili minimum hündürlüyü 6 m. olmaqla istehsal olunmuş hazır məhsulların saxlanılması üçün nəzərdə tutulub.

Reklam_3_11


Bu layihəyə 2016-cı ilin avqust ayında başlanılmışdır və layihə mühəndis-layihələndirmə, təchizat, tikinti, metal konstruksiyaların hazırlanması və quraşdırılması, habelə yerli hakimiyyət orqanlarından müvafiq icazələrin alınmasını əhatə etmişdir. Layihə üzrə aparılmış işlər çərçivəsində PROKON şirkəti mühəndislik, torpaq işləri, söküntü işləri, suyun kənarlaşdırılması və qoruyucu maneələrin quraşdırılması kimi işləri özündə ehtiva edən tikinti meydançasının hazırlanması, mülki-tikinti və torpaq işləri mərhələlərini uğurla bitirmişdir.


PROKON şirkəti “SOCAR Polymer” son məhsul anbarının tikintisi çərçivəsində zaman və əmək qabiliyyəti itkisi (LTİ) olmadan 350.000-dən artıq işçi-saat sərf etməklə layihənin icrasına öz töhfəsini vermişdir. Rəhbərlik tərəfindən qoyulmuş dəqiq təlimatlar, layihəyə cəlb edilmiş mütəxəssislərin təhlükəsizlik mədəniyyətinə və qızıl təhlükəsizlik qaydalarına sadiqliyi bu nailiyyətin əldə olunmasını mümkün etmişdir.

 

PROKON, Nobel Oil Services şirkətinin tikinti və layihələrin idarə olunması üzrə törəmə müəssisəsi kimi 2012-ci ildə fəaliyyətə başlamışdır. PROKON şirkəti tezliklə yerli bazarda irimiqyaslı “daunstrim” obyektləri tikib istismara vermək imkanlarına malik aparıcı tikinti şirkətlərindən birinə çevrilmişdir. PROKON-nun ən son iştirak etdiyi layihələr sırasına SOCAR Karbamid zavodun tikintisi, rezervuarların quraşdırılması və sair işlər daxildir.

10.01.2018 08:18

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ