Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“ABAD”ın yeni sərgi-satış mərkəzi açılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“ABAD”ın yeni sərgi-satış mərkəzi açılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“ABAD”ın yeni, sayca 6-cı sərgi-satış mərkəzi fəaliyyətə başlayıb. 

 

Bu barədə  Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

 

Yeni sərgi-satış mərkəzi Qəbələ rayonunun Duruca kəndi, “Tufandağ” dağ-xizək kurortunun ərazisində yerləşir. Mərkəzdə təqdim olunan dekorativ-tətbiqi xalq sənətkarlığı nümünələri turistlərin böyük marağına səbəb olub.

 

Mərkəz xüsusi dizayn əsasında hazırlanıb və divarları şəbəkə ilə işlənilib, işıqlandırılma sistemi quraşdırılıb. Sərgi-satış mərkəzində Azərbaycanın ən müxtəlif regionlarından nəfis əl işləri, bal, mürəbbə və cemlər təqdim olunub. Bütün məhsullar onu istehsal etmiş sənətkarın, ailə təsərrüfatının loqotipi ilə işarələnib və üzərində xüsusi “ABAD” leybli yerləşdirilib. Bu loqotip və “ABAD” leyblinin olması həmin məhsulun orijinallığından xəbər verir.

 

Qeyd edək ki, yeni sərgi-satış mərkəzinin art kafe kimi fəaliyyət göstərməsi də planlaşdırılır. 

10.01.2018 08:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ