Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Bitcoin bu il 2-3 dəfə bahalaşacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bitcoin bu il 2-3 dəfə bahalaşacaq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qlobal bazarda "Bitcoin"in qiyməti 2018-ci ildə cari səviyyədən 2 və hətta 3 dəfə arta bilər.Bu proqnozla "Fundstrat Golab Advisors" konsaltinq şirkətinin təsisçilərindən biri və rəhbəri Tom Li (Tom Lee) çıxış edib.

 

Qeyd edək ki, T.Li 2017-ci ilin avqust ayında "Bitcoin"in 10 000 dollar həddini ötəcəyini və gəlirliliyinə görə fond birjalarını üstələyəcəyini demişdir. "Bitcoin"in qiyməti 20 000 dollar - tarixi rekord həddə yüksələndən sonra 30%-ə yaxın geriləyərək 14 000 dollara kimi geriləməsinə baxmayaraq, ekspert rəqəmsal valyutanın gələcəyinə ümidlə baxdığını açıqlayıb.

 

CNBC telekanalına müsahibəsində T.Li bildirib ki, ""Bitcoin" asanlıqla S&P-ni üstələyəcək. Uzunmüddətli perspektivdə kriptovalyutanı yığım və kapitalın saxlanma aləti kimi görmək lazımdır. Yeni nəsil üçün o, qızılı əvəz edəcək".

 

"Əgər "Bitcoin" qızılın bazar payının 5%-ni əldə edə bilsə, onun qiyməti 50 000 dollar olacaq. Bu da cari qiymət səviyyəsindən 3 dəfədən də çox artıqdır. İlin ilk yarısında bitkoin 20 000 dollara çatsa, sonra daha sürətlə bahalaşacaq", - deyə analitik qeyd edib.

 

© Report

10.01.2018 10:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ