Ən yuxarı statik reklam-3_3

26 yaşlı Beynəlxalq Bankın əsas maliyyə göstəriciləri açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
26 yaşlı Beynəlxalq Bankın əsas maliyyə göstəriciləri açıqlandı

Bu gün Azərbaycan Beynəlxalq Bankının 26 yaşı tamam olur. 10 yanvar 1992-ci ildə fəaliyyətə başlamış bank aktivlərinin həcminə görə Cənubi Qafqaz regionunun ən böyük bankıdır.

 

Fəaliyyətinin 26-cı ildönümü günündə Azərbaycan Beynəlxalq Bankı 2017-ci il üzrə fəaliyyətinin nəticələrini də açıqlayıb.

 

Bankdan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, Bank ötən il aktivlərinin sağlamlaşdırılması və xarici valyutada olan öhdəliklərinin könüllü restrukturizasiyası prosesini uğurla başa çatdıraraq yeni inkişaf mərhələsinə daxil olub.

 

Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər, eləcə də bankın gəlirliyinin artırılması, xərclərinin optimallaşdırılması, xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində atılmış addımlar bankın kapital mövqeyini əhəmiyyətli şəkildə gücləndirib. Nəticədə, bankın kapitalı (requlyativ kapital) 525 milyon manata, kapital adekvatlığı əmsalı isə minimum normativ tələbi 1,8 dəfə üstələyərək 18%-ə yüksəlib.

 

2017-ci ilin sonuna bankın aktivləri 8.69 milyard manat, öhdəlikləri 7.75 milyard manat, balans kapitalı isə 0,94 milyard manat olub. Kredit və depozit portfeli isə müvafiq olaraq 1.8 milyard manat və 5.1 milyard manat təşkil edib. Beləliklə, Azərbaycan Beynəlxalq Bankı ölkədə ən böyük kapitala və aktivlərə malik olan bankdır. 

 

Bankın bazar mövqeyinin qorunaraq daha da gücləndirilməsi, innovativ bankçılıq texnologiyalarının geniş tətbiqi, maliyyə bazarındakı artan rəqabət şəraitində Azərbaycan Beynəlxalq Bankının inkişaf etdirilərək ən qabaqcıl bankçılıq təcrübəsinə yiyələnməsi yeni mərhələnin əsas strateji hədəflərindəndir.

 

“2016 - 2017-ci illərdə Azərbaycan Beynəlxalq Bankının tarixində çox gərgin proseslər baş verdi. Bank onun sağlamlaşdırılmasında rolu olmuş bütün şəxslərə, müştərilərə və mediaya öz dərin təşəkkürünü bildirir”, deyə bankın yaydığı press-relizdə qeyd edilib.

 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 

10.01.2018 13:43

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ