Sertifikatlaşdırma xidməti göstərən 2 şirkətin attestatları ləğv edildi
İstehlak məhsullarının sertifikatlaşdırılması xidməti göstərən "Cert Center” MMC və "Standart Cert” MMC-nin akkreditasiya attestatları ləğv edilib.
“Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi (AzAK) tərəfindən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tələblərini pozduğuna görə "Cert Center” MMC-nin və "Standart Cert” MMC-nin "İstehlak məhsullarının sertifikatlaşdırılması” üzrə fəaliyyət göstərən orqanlarının akkreditasiya attestatları ləğv edilib.
Bu barədə "Marja"ya Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.
Belə ki, “Uyğunluğu qiymətləndirən qurumların fəaliyyətinə inspeksiya nəzarəti planı”na uyğun olaraq istehlak məhsullarının sertifikatlaşdırılması xidməti göstərən adıçəkilən sertifikatlaşdırma qurumlarında inspeksiya nəzarətinin aparılması nəzərdə tutulsa da, orqanlar tərəfindən inspeksiya nəzarətinin aparılması üçün şərait yaradılmayıb.
Bunu əsas götürərək AzAK-ın müvafiq qərarı ilə "Cert Center” MMC və "Standart Cert” MMC-nin "İstehlak məhsullarının sertifikatlaşdırılması” üzrə fəaliyyət göstərən orqanlarının akkreditasiya attestatları ləğv edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 30 d. əvvəl
- 36 d. əvvəl
-
1 saat əvvəl
Park Yasamal"da sərfəli qiymətlərlə mənzil satışı davam edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Xarici və yerli şirkətlər bürokratik əngəl olmadan məhsullarını fermerlərə təklif edə bilər"
-
3 saat əvvəl
Avtomobilin dəyərinin 70 faizinədək cərimənin hansı halda tətbiq olunacağına aydınlıq gətirilib
-
3 saat əvvəl
Azərbaycandan xaricə ötən il 3 milyard dollardan çox birbaşa investisiya yatırılıb
-
3 saat əvvəl
Azərbaycana ötən il Rusiyadan 1 milyard dollardan çox pul köçürülüb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
ADAU ilə “Hacıqabul Quşçuluq Şirkəti” MMC arasında memorandum imzalanıb