Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Polislərin xidmət müddəti artırıla bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Polislərin xidmət müddəti artırıla bilər

Azərbaycanın daxili işlər orqanlarında kiçik rəis heyəti (siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir) vəzifəsində çalışan işçilərin xidmət müddəti 5 ilə qədər artırıla bilər.

 

Milli Məclisdən verilən məlumata görə, bu məsələ “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qanun layihəsinə daxil edilib.

 

Layihəyə əsasən, bu, xüsusi rütbələri tutduqları vəzifələri üçün müəyyən edilmiş rütbə həddinə müvafiq olduğu halda, işlədiyi son 5 ildə xidməti vəzifələrin nümunəvi yerinə yetirilməsinə və xidmətdə əldə edilən yüksək nəticələrə görə həvəsləndirmə tədbirləri tətbiq olunmuş, intizam qaydasında məsuliyyətə cəlb edilməmiş, fiziki cəhətdən sağlam olan kiçik rəis heyətinə şamil oluna bilər.

 

Hazırda isə xidmət müddətinin artrılması eyni nəticələr göstərən orta və böyük rəis heyəti vəzifələrində işləyən polis əməkdaşlarına şamil edilir.

 

Bu dəyişikliklər Azərbaycanın daxili işlər orqanlarında pensiya yaşına çatmış polis əməkdaşlarının xidmət müddətinin artırılmasını nəzərdə tutan siyahını genişləndirmək məqsədilə təklif edilir.

 

© Trend

 

23.01.2017 13:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ