Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Buffett: Kriptovalyutalar pis şəkildə nəticələnəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Buffett: Kriptovalyutalar pis şəkildə nəticələnəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Amerikalı milyarder və investor Uorren Buffett (Warren Buffett), virtual pul vahidlərinin sonunun "pis" olacağına inandığını deyib.


 
"Marja" xəbər verir ki, dünyanın ən varlı 3-üncü adamı olduğu bildirilən 87 yaşlı Buffett, ABŞ-ın CNBC televiziya kanalında, Bitcoin kimi virtual pul vahidləri haqqında danışıb.


 
Buffett  açıqlamasında, "Kriptovalyutalar haqqında ümumi olaraq onu qətiyyətlə deyə bilərəm ki, bunlar pis şəkildə nəticələnəcəkdir" ifadəsini istifadə edib. Bunun necə və nə vaxt reallaşacağı haqda isə məlumatı olmadığını qeyd edib.


 
Ötən ay bazara təqdim olunan Bitcoin fyuçers əməliyyatlarında satınalma etmədiyini bildirən Buffett, bu uzunmüddətli əməliyyatlarda uzun və ya qısa mövqe almadığını da dilə gətirib.


 
Buffett, noyabr ayının sonunda etdiyi bir açıqlamada, Bitcoin-in dəyər yaradan bir aktiv olmadığını vurğulayaraq, Bitcoinin real dəyərinin olduğu fikrini "zarafat", kriptovalyuta bazarını da "köpük" kimi səciyyələndirmişdi.
 

Mütəxəssislər, virtual pul vahidlərinin keçən il populyarlaşaraq çox sürətlə artdığına diqqəti çəkərkən, kriptovalyutalarda görülən kəskin azalmaların investorları qısa müddətdə böyük zərərə məruz qoyacağı barədə xəbərdarlıq edir.


 
Buffett 88,2 milyard dollarlıq sərvətilə dünyanın ən varlı 3-üncü adamıdır. Sədri olduğu "Berkshire Hathaway" investisiya şirkəti 508 milyard dollarlıq bazar qiymətilə dünyanın ən böyük şirkətləri arasında 6-ncı sırada yer alır.

11.01.2018 05:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ