Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Nyu York Bələdiyyəsi 5 neft şirkətindən kompensasiya tələb edir - QLOBAL İSTİLƏŞMƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nyu York Bələdiyyəsi 5 neft şirkətindən kompensasiya tələb edir - QLOBAL İSTİLƏŞMƏ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Nyu York Bələdiyyəsi, qlobal istiləşməyə səbəb olduqları iddiası ilə dünyanın ən iri 5 enerji şirkətinə qarşı iddia qaldırdığını açıqlayıb.


 
"Marja" xəbər verir ki, Nyu-York Bələdiyyəsindən verilən açıqlamada, dünyanın ən böyük neft-qaz  şirkətlərindən British Petroleum, Chevron, Conocophillips, Exxon Mobil və Royal Dutch Shell-ə cinayət işi açıldığı bildirilib.
 


Açıqlamada, sözügedən şirkətlərin qlobal istiləşməyə səbəb olduqları iddiasına yer verilib. Bələdiyyənin, Nyu York xalqını qlobal istiləşmənin təsirlərindən qorumaq üçün keçmişdə çəkilən xərcləri və gələcəkdə sərf ediləcək milyardlarla dollarlıq maddi zərəri kompensasiya kimi tələb edtdiyi qeyd olunub.


 
İqlim dəyişikliyinə qarşı Nyu-York Bələdiyyəsinin milyardlarla dollara ehtiyacı olduğu, bunun təmiz su və tullantı infrastrukturu, sahil təhlükəsizliyi, temperatur dəyişikliyi və səhiyyə kampaniyaları kimi xərclər üçün istifadə ediləcəyinə yer verilən açıqlamada, bələdiyyənin Nyu York xalqını yüksələn dəniz səviyyəsi, güclü fırtınalar və hədsiz istilərə qarşı qorumaq üçün 20 milyard dollarlıq bir proqramın icrasına başladığı qeyd olunub.


 
Enerji şirkətlərinin, yanacaqlardan istifadənin atmosferə və iqlim dəyişikliyinə mümkün təsirlərinin 1980-lərdən bəri fərqində olduqlarının irəli sürüldüyü açıqlamada, bu şirkətlərin qlobal istiləşməyə və təsirləri haqqında "bilərək aldatma və inkar kampaniyalarına" yardım göstərdikləri iddia edilib.


 
Açıqlamada fikirlərinə yer verilən Nyu York Bələdiyyə sədri Bill de Blasio, "İqlim dəyişikliyi daha da pisləşdikcə, bizi acgözlükləri ilə bu vəziyyətə gətirən enerji şirkətləri Nyu-Yorku daha etibarlı və müqavimətli etmək xərcini çiyinlərinə götürməlidirlər",- ifadəsini istifadə edib.

 

11.01.2018 06:11

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ