Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“PAŞA Bank Gürcüstan”a yeni sədr təyin olunub

iç səhifə xəbər başlığı altı (mobil)_31
“PAŞA Bank Gürcüstan”a yeni sədr təyin olunub

“PAŞA Bank Gürcüstan” ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.

 

"Marja"nın əldə etdiyi məlumata görə, Arda Arkunun “PAŞA Bank Gürcüstan” ASC-nin İdarə heyətinin sədri vəzifəsinə təyin olunması qərara alınıb. Arda Arkun bu vəzifənin icrasına 2018-ci ilin yanvar ayından etibarən başlayacaqdır.

 

Arda Arkun 1998-ci ildə ali təhsilini ABŞ-da, Hamilton Kollecdə bitirmiş və həmin vaxtdan əmək fəaliyyətinə başlamışdı. Təhsili bitirdikdən sonra 3 il ABŞ-da JP Morgan şirkətində çalışmış və ardınca bir neçə il İngiltərə və Rumıniyada biznesin inkişafı və strategiya üzrə məsləhətçi vəzifələrində işləmişdi. 2010-cu ildən etibarən Arda Azərbaycanda yerləşən müxtəlif şirkətlərdə (AİMROC LTD, B&BTV Communication, Azerfon) İdarə Heyətinin üzvü qismində çalışmışdı. 2017-ci ilin avqust ayından etibarən PAŞA Holding MMC-də müşavir qismində fəaliyyət göstərir.

 

Bundan öncə xəbər verdiyimiz kimi, “PAŞA Bank Gürcüstan”ın İdarə Heyətinin sədri Şahin Məmmədov, “PAŞA Holdinq” MMC-də Biznesə Dəstək üzrə Direktor və Holdinqin İcraçı Direktorunun müavini vəzifəsinə təyin olunacaq. Şahin Məmmədov bu vəzifənin icrasına 2018-ci ilin yanvar ayından etibarən başlayacaqdı.

11.01.2018 07:05

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ