Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

ABŞ Azərbaycanı amerkalı turistlər üçün yuxarı riskli ölkələr siyahısına daxil edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ Azərbaycanı amerkalı turistlər üçün yuxarı riskli ölkələr siyahısına daxil edib

ABŞ Dövlət Departamenti amerikalı turistləri xarici ölkələrə səfər zamanı təhlükəsizlik riskləri haqqında məlumatlandırmaq üçün yeni sistem işə salıb.

 

Reklam_3_11

Bu sistemi yaratmaqda məqsəd ABŞ vətəndaşlarının ölkə xaricində müdafiəsini gücləndirməkdir.

 

Azərbaycan təhlükəsizliyə təhdid baxımından ikinci kateqoriya ölkələr siyahısına daxil edilib.

 

Yeni sistemdə dünya ölkələri səyahətin təhlükəsizliyi baxımından dörd kateqoriyaya bölünür: 

 

1-ci kateqoriya - adi ehtiyat tədbirləri kifayətdir; 

2-ci kateqoriya - ölkəyə səfər zamanı son dərəcə ehtiyatlı olun; 

3-cü kateqoriya - bu ölkəyə səyahət etməklə bağlı qərarınızı yenidən nəzərdən keçirin; 

4-cü kateqoriya - bu ölkəyə səyahət etməyin.

 

Qeyd edək ki, bölünmə şərtidir və məcburi yox, tövsiyə xarakteri daşıyır.

 

Sistemin saytında qeyd olunub ki, Azərbaycan teror riski ilə əlaqədar ölkələrin ikinci kateqoriyasına daxil edilib. ABŞ Dövlət Departamenti həmçinin münaqişə ilə əlaqədar olaraq vətəndaşlarına Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfərə getməməyi tövsiyə edir.

11.01.2018 07:16

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ