Aşırma 8200-dən 28500-ə qalxıb

2017-ci ildə Bakı limanında 28 min 500-dən çox təkərli texnika aşırılıb.

 

Bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin departament müdiri Xudayar Həsənli deyib.

 

O bildirib ki, 2015-ci ildə Bakı limanından 8200 təkərli texnika, 2017-ci ildə isə 28 min 500-dən çox təkərli texnika aşırılıb. Bu rəqəm 3 dəfə artım deməkdir.

 

X.Həsənli qeyd edib ki, hazırda Qara dəniz hövzəsi və Mərkəzi Asiya ölkələri arasında təqribən 60 min TIR daşınır ki, bunun da 28 min 500-dən çoxu Azərbaycan ərazisindən keçir. Biz gələcəkdə bu TIR-ların 65-70 faizinin Azərbaycana cəlb edilməsini hədəfləmişik. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində yenicə açılışı olan Ro-Ro terminalı da TIR-ların Azərbaycana cəlb edilməsində böyük rol oynayacaq.

 

© Azərtac

11 Yanvar 2018 , 12:17   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin