Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Elektron imza”dan istifadə artır - GÖSTƏRİCİLƏR AÇIQLANDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Elektron imza”dan istifadə artır - GÖSTƏRİCİLƏR AÇIQLANDI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Artıq 5 ildən çoxdur ki, tətbiq olunan “Elektron imza” virtual məkanda proses iştirakçılarının şəxsiyyətini müəyyənləşdirir, elektron sənəd mübadiləsinin təhlükəsiz və çevik icrasını təmin edir.

 

“Elektron imza”nın üstünlüklərinə vaxta qənaət, məxfilik, rahatlıq, inkaredilməzlik, işgüzar münasibətlərin və əlaqələrin tamamilə elektron formata keçirilməsi daxildir. Elektron imza ilə imzalanmış sənədlər bir neçə saniyə ərzində lazım olan ünvana çatdırıla bilər. Elə buna görə də, “Elektron imza”dan istifadə göstəricisi artmaqdadır.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorundan "Marja"ya daxil olmuş məlumata görə, 2017-ci ildə  dövlət qurumlarına 9724, fiziki şəxslərə 7412, hüquqi şəxslərə isə 9552 olmaqla, ümumilikdə 26688 “Elektron imza” sertifikatı istifadəyə verilib. Bu da 2016-cı il ilə müqayisədə 3648 sertifikat sayı çoxdur.

 

Məlumat üçün qeyd edək  ki, “Elektron imza” sertifikatlarının istifadəyə verildiyi gündən 1 yanvar 2018-ci il tarixinə qədər olan statistikaya əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən dövlət qurumları üzrə 75674, fiziki şəxslər üzrə 24536, hüquqi şəxslər üzrə isə 26516 olmaqla, ümumilikdə 126726 “Elektron imza” sertifikatı istifadəyə verilib.

 

2017-ci il ərzində dövlət qurumları tərəfindən 8147916, habelə hüquqi və fiziki şəxslər tərəfindən 3318233 olmaqla, ümumilikdə 11466149 autentifikasiya və elektron imza əməliyyatları aparılıb. Bu isə 2011-ci ildən indiyə qədər aparılmış 29871550 autentifikasiya və elektron imza əməliyyatlarının 38.4%-i deməkdir.

 

“Elektron imza”, həmçinin “Elektron hökumət” portalının autentifikasiya vasitələrindəndir. 2017-cı il ərzində elektron imza kartları vasitəsi ilə ümumilikdə 5791005 autentifikasiya qeydə alınıb.

 

Qeyd edək ki, “Elektron imza” sertifikatlarını poçt filiallarından, “Şəbəkə” xidmət mərkəzlərindən, habelə Milli Sertifikat Xidməti Mərkəzinin qeydiyyat məntəqələrindən, elektron imza saytı (www.e-imza.az) və ya “Elektron hökumət” portalından (www.e-gov.az) onlayn sifarişlə əldə etmək mümkündür.


Xatırladaq ki, elektron imzadan 2012-ci ildən etibarən dövlət idarəçiliyi sahəsində geniş istifadə olunur

11.01.2018 09:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ