Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Zərgərlik məhsullarının satışına 1404 şəxsin icazəsi var

iç səhifə xəbər başlığı altı (mobil)_31
Zərgərlik məhsullarının satışına 1404 şəxsin icazəsi var
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinə ekspertiza, analiz, əyarlanma və damğalanmaq üçün daxil olmuş qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə 2017-ci il ərzində 188,6 min manat dövlət rüsumunun ödənilməsi təmin edilmişdir.

 

"Marja" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yaydığı məlumatda deyilir.

 

Qeyd edilib ki, sahibkarların müraciətləri əsasında zəruri cihaz və avadanlıqlarla təchiz edilmiş stasiyonar və mobil laboratoriyada ölkədə istehsal edilən və xaricdən gətirilərək ticarət şəbəkələrində satışa çıxarılan qiymətli metallar və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatları üzərində mütəmadi əyar nəzarətinin həyata keçirilməsi təmin edilmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 № nömrəli Fərmanı ilə təsdiq edilmiş “Lisenziya və icazələr haqqında” Qanunun 3 nömrəli əlavəsində “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 70-ci bəndinə əsasən qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının dövlət əyar damğası icazələr növünə aid edilmişdir və ümumilikdə 1404 hüquqi və fiziki şəxslərə icazə verilmişdir.

11.01.2018 10:23

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ