Qlobal ərzaq qiymətləri Dekabr ayında aşağı düşüb

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Ərzaq Qiymətləri İndeksinə görə, qlobal ərzaq qiymətləri Dekabr ayında aşağı düşüb.
 

"Marja" xəbər verir ki, FAO Dünyada Ərzaq Qiymətləri İndeksi Dekabrda əvvəlki ayla müqayisədə 3,3% geriləyərək 169,8 səviyyəsində reallaşıb. İndeks Noyabr ayında 175,8 səviyyəsində idi.
 

Bir əvvəlki ayla müqayisədə süd, bitki yağları və şəkər qiymətlərində kəskin azalma görülüb, ət qiymətlərindəki geriləmə məhdud qalıb.


2017-ci ilin tamamında, Qlobal Ərzaq Qiymətləri İndeksi 2016-cı illə müqayisədə 8,2 faiz artımla 174,6 bənd olub. Beləliklə, 2014-cü ildən bu yana ən yüksək orta qiymətə çatılb, ancaq 2017-ci ilin orta göstəricisi 2014-cü ildəki 230 bəndlik ən yüksək səviyyədən hələ də 24 faiz aşağıdır.

 

İndeksin tərkibindəki Qlobal Taxıl Qiymətləri İndeksi Noyabrda 153,1 səviyyəsində ikən Dekabrda 152,7 olub.


 
Qlobal Maye və Qatı Yağ Qiymətləri İndeksi Noyabrdakı 172,2 bəndlik dəyərindən Dekabrda 162,6 bəndə geriləyərkən, Qlobal Şəkər Qiymətləri İndeksi isə Noyabr ayındakı 212,7 səviyyəsindən Dekabrda 204,0 səviyyəsinə düşüb.


 
FAO Qlobal Ət Qiymətləri İndeksi Dekabrda 171,6 olarkən, Süd Məhsulları Qiymət İndeksi də 184,4 olaraq reallaşıb.

11 Yanvar 2018 , 13:31   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin