SOCAR bu ölkədə yanacaqdoldurma məntəqələrinin sayını artıracaq
SOCAR 2018-ci ildə Ukraynada yanacaqdoldurma məntəqələrinin sayını artırmağı planlaşdırır.
Bu barədə SOCAR-ın Ukraynadakı nümayəndəliyinin başçısı, “SOCAR EnergyUkraine” şirkətinin baş direktoru Elçin Məmmədov deyib.
Hazırda Ukraynada SOCAR brendi altında 62 yanacaqdoldurma məntəqəsinin olduğunu deyən E.Məmmədov bildirib ki, paytaxt Kiyev şəhərində və regionlarda əhalinin SOCAR brendi altında yanacaqdoldurma məntəqələrinin sayının artırılması istəyi ilə bağlı müraciətləri daxil olmaqdadır. Ona görə də yeni yanacaqdoldurma məntəqələrinin açılması ilə bağlı müvafiq qurumlarla yazışmalar aparılır.
E.Məmmədov qeyd edib ki, "SOCAR Energy Ukrayna" şirkəti Ukrayna ərazisində yanacaqdoldurma məntəqələri şəbəkəsini inkişaf etdirmək, benzin və neft məhsullarının topdan satışını təşkil etmək üçün yeni layihələrini davam etdirəcək. Şirkət yarandığı ildən bu yana Ukrayna iqtisadiyyatına 200 milyon dollardan artıq sərmayə qoyub”, - deyə E.Məmmədov əlavə edib.
Onun sözlərinə görə, "SOCAR Energy Ukrayna" şirkəti artıq bu ölkənin yanacaq bazarında nüfuzunu təmin edib və öz keyfiyyətli yanacağı ilə seçilir.
©Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
11 d. əvvəl
Unibank biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır
-
1 saat əvvəl
İki ayda Azərbaycan banklarının xalis mənfəəti 210 mln. manata çatıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Park Yasamal"da sərfəli qiymətlərlə mənzil satışı davam edir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Xarici və yerli şirkətlər bürokratik əngəl olmadan məhsullarını fermerlərə təklif edə bilər"
-
4 saat əvvəl
Avtomobilin dəyərinin 70 faizinədək cərimənin hansı halda tətbiq olunacağına aydınlıq gətirilib
-
4 saat əvvəl
Azərbaycandan xaricə ötən il 3 milyard dollardan çox birbaşa investisiya yatırılıb
-
4 saat əvvəl
Azərbaycana ötən il Rusiyadan 1 milyard dollardan çox pul köçürülüb
- 4 saat əvvəl