Azər Türk Bank yeni ildə yeni kampaniyalara start verir

Dövlət bankı Azər Türk Bank 11 yanvar tarixindən etibarən yeni kampaniyaya başlayır.

 

Daim müştəri məmnuniyyətini fəaliyyətinin əsas qayəsi hesab edən Azər Türk Bank nəzərdə tutulmuş yeniliklərlə müştərilərini yeni ildə də sevindirəcəkdir.

 

Bu sıradan olan ilk yenilik xarici ölkələrə səyahət etmək istəyənlər üçün nəzərdə tutulub.

 

Belə ki, səyahət etmək arzusunda olan şəxslər Azər Türk Banka gəlib, istənilən valyutada kart hesabı açdıraraq, bu hesaba minimum 500 AZN/USD/EUR məbləğində  vəsait mədaxil etməklə, heç bir ödənişsiz MasterCard Gold kartına sahib ola biləcəklər. Eləcə də 1 000, 10 000, 20 000 AZN/USD/EUR  həcmində vəsaiti öz kart hesabına yatıran müştərilərə, müvafiq olaraq, Mastercard Platinum, Visa İnfinite, Mastercard World Elite kartları bank tərəfindən hədiyyə ediləcəkdir.

 

Xatırladırıq ki, Azər Türk Bankın  kart müştərisi olmaq üçün banka gəlmədən onlayn kart sifarişi də mümkündür. Bu zaman öncədən ödənişə ehtiyac yoxdur. Müştəri hazır kartı almaq üçün banka gəldiyi zaman ödənişi həyata keçirəcəkdir.

 

22 ildir fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

 

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

11 Yanvar 2017, 16:01   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin