Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Poçt bağlamalarının və yüklərin gömrükdə saxlanıldığı bildirilir - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Poçt bağlamalarının və yüklərin gömrükdə saxlanıldığı bildirilir - YENİLƏNİB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycana poçt bağlamaların və yüklərin daşınması ilə məşğul olan DHL, UPS, Comex və Barami kimi şirkətlərin yükləri gömrükdə saxlanıldığı iddia olunur.

 

Bunu "Marja"ya şirkətlərin müştərisi bildirib.

 

"Bu gün öyrəndik ki, Azərbaycana  poçt bağlamaların, onlayn mağazalar vasitəsi ilə sifariş edilən malların qısa müddətdə çatdırılmasını həyata keçirilən bütün şirkətlərin yükləri gömrükdə saxlanılıb. İndiyədək müştərilərə bunun səbəbi izah edilməyib. Ləngimənin uzun müddət davam edəcəyi bildirilir",- adının açıqlanmasını istəməyən mənbə bildirib.

 

Məsələ ilə bağlı olaraq Dövlət Gömrük Komitəsinin mövqeyini öyrənməyə çalışırıq.

 

Qeyd edək ki, 2018-ci il Yanvarın 1-dən yeni gömrük idxal rüsumlarının tətbiqinə başlanılıb.

 

"DHL"DƏN AÇIQLAMA

 

"DHL" Şirkətinin gömrük işləri üzrə meneceri İlkin Qüdrətov "Marja"ya bildirdi ki, hazırda şirkətin Azərbaycana daşıdığı və limitə uyğun olan heç bir bağlaması və yükləri gömrükdə saxlanılmayıb.

 

"Dəyəri Nazirlər Kabinetinin müəyyən etdiyi limiti (1000 dollar) keçən mallar qanunvericiliyə uyğun olaraq  gömrükdə saxlanılır. Lazımı işlərdən sonra həmin mallar da gömrükdən keçəcəkdir. Bir daha qeyd edirəm ki, o şəxslərin malları gömrükdə saxlanılıb ki, həmin malların dəyəri limitdən yüksəkdir".

 

"UPS": BİZDƏ DƏ HEÇ BİR PROBLEM YOXDUR

 

"UPS" şirkətində baş direktorun müavini Anar Xəlilov "Marja"ya bildirdi ki, "UPS" daxil, daşımlar ilə məşğul olan beynəlxalq şirkətlərdə heç bir problem yoxdur.

 

Digər bir məlumata görə, "Comex" və "Barami" kimi yerli daşıyıcıların gömrükdə çətinlikləri yaranıb. Dövlət Gömrük Komitəsinin bu şirkətlərə fəaliyyətləri və statusları ilə bağlı bir neçə sualları var. 

11.01.2018 17:09

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ