Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Putin: “Suriyadakı bazalarımıza hücumla Türkiyənin heç bir əlaqəsi yoxdur"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Putin: “Suriyadakı bazalarımıza hücumla Türkiyənin heç bir əlaqəsi yoxdur"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Suriyadakı hərbi bazalarımıza hücumun arxasında kimin dayandığını bilirik". Bunu Rusiya prezidenti Vladimir Putin Rusiya qəzet və informasiya agentliklərinin rəhbərləri ilə görüşündə bildirib.

 

"Suriyadakı hərbi bazalara hücumun Türkiyənin nəzarətində olduğu İdlib bölgəsindən həyata keçirildiyi məlumdur. Rusiya və Türkiyə arasında son zamanlar münasibətlərin yaxşılaşması fonunda bu hadisənin baş verməsi haqqında nə deyə bilərsiz?" sualına Rusiya prezidenti belə cavab verib: "Suriyadakı hərbi bazalarımıza hücumun arxasında kimin dayandığını bilirik. Bu təxribatın kimlər tərəfindən törədildiyi bizə məlumdur. Orada türklər deyil, təxribatçılar olub. Biz onların kim olduğunu da bilirik. Bilirik ki, onlar bu təxribata görə kimə və nə qədər ödəyiblər. O ki qaldı bu insidentlərə, burada yaxşı heç nə yoxdur. Bu hücum daha əvvəl əldə etdiyimiz razılıqları pozmağa istiqamətlənib. Bəli, pilotsuz uçan aparatları Türkiyənin nəzarətində olduğu İdlib bölgəsindən buraxılıb. Bizim də nəzarət etdiyimiz ərazilərdə belə şeylər olur. Mən, Türkiyə prezidenti ilə bu məsələni müzakirə etdim. Sizinlə görüşdən qabaq türkiyəli həmkarımla telefonla danışdım. Əminəm ki, nə Türkiyə hərbçilərinin, nə Türkiyə rəhbərliyinin, dövlətinin bu insidentlə heç bir əlaqəsi yoxdur.

 

Baş Qərargahımızın da qeyd etdiyi kimi, dronlar kusrar üsulla hazırlanmayıb. Bilirik ki, nə vaxt, harada və hansı sayda pilotsuz uçuş aparatları ötürülüb.  Kustar üsulla hazırlandığı görüntüsünün verilməsi üçün bu uçuş aparatları kamuflyaj edilib".

 

Putin və Ərdoğan arasında telefon danışığı olub

 

 

Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub.

 

"Sizinlə görüşə gəlməzdən əvvəl Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla telefon danışığımız oldu. Türkiyəli həmkarımla Suriyadakı vəziyyəti müzakirə etdik. İdlibdə baş verənləri, Suriyadakı hərbi bazalarımıza dronlarla hücumu müzakirə etdik", - deyə V. Putin bildirib.

 

© APA

11.01.2018 18:39

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ