Hesablama Palatası ADİF-də yoxlamaları gələn ay yekunlaşdıracaq
Əmanətlərin Sığortalanması Fonduna (ADİF) ayrılan vəsaitlərin Hesablama Palatası tərəfindən həyata keçirilən auditinin fevral ayında başa çatdırılması nəzərdə tutulub.
Bu barədə Hesablama Palatasından məlumat verilib.
Hazırda lisenziyası geri alınmış ləğv prosesində olan və müflis elan edilmiş 5 bank üzrə (”Bank Standart”, “Kredo Bank”, “Zamin Bank”, Bank of Azerbaijan” və “Qafqaz İnkişaf Bankı”) ödənilən kompensasiyaların araşdırılması tam başa çatdırılıb. 4 bank (“Dekabank”, United Credit Bank”, AtraBank” və "Parabank”) üzrə isə tamamlanmaq üzrədir.
Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq nəzarət tədbirləri ilə bağlı məlumatlar, onların nəticələrinə dair materiallar Milli Məclisə göndərildikdən sonra verilə bilər. Yekun nəticələr Hesablama Palatasının fəaliyyətinə dair hesabata daxil ediləcək.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 saat əvvəl
-
3 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
4 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 4 saat əvvəl
-
4 saat əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl