Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Brent neft Dekabr 2014-dən bu yana ilk dəfə 70 dolları keçdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Brent neft Dekabr 2014-dən bu yana ilk dəfə 70 dolları keçdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünyada ən geniş istifadə edilən Brent növü xam neftin barrel qiyməti 70 dolları keçib.

 
"Marja" xəbər verir ki, London Brent tipli neftin barrel qiyməti bu gün 1,2% artım göstərərək 70,03 dollara qədər qalxıb. Beləliklə Brent növü xam neftin barrel qiyməti 4 Dekabr 2014-cü ildən bu yana ilk dəfə 70 dolların üzərinə çıxıb.


 ABŞ-ın Qərbi Texas (WTI) növü xam neftinin barrel qiyməti də 1,8 faiz dəyər qazanaraq 64,76 dollarla 8 Dekabr 2014-dən bəri ən yüksək səviyyəsini görüb.


 
Mütəxəssislər, ABŞ-ın həftəlik xam neft ehtiyatlarında və istehsalında azalma görüldüyünə işarə edərək, bunun neft qiymətlərindəki yuxarı istiqamətli hərəkəti dəstəklədiyini bildirirlər.


 
Mütəxəssislər həmçinin, Neft İxrac Edən Ölkələr Təşkilatı ilə (OPEC) Rusiyanın istehsalın azaldılması sazişini bu ilin sonuna qədər uzatmasının da qiymətlərinin yüksəlməsində əhəmiyyətli rol oynadığını qeyd edirlər.
 


 ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) dünən açıqlanan məlumatlarına görə, ölkənin kommersiya məqsədli xam neft ehtiyatları ötən həftə 4,9 milyon barel azalmışdı. Bazar gözləntisi, ehtiyatların 3,9 milyon barrel azalması istiqamətində idi.
 
 EIA məlumatları, keçən həftə ABŞ-ı təsiri altına alan qar fırtınası və dondurucu soyuq hava səbəbindən ölkənin xam neft hasilatının gündəlik orta hesabla 290 min barel azalaraq kəskin azalma qeydə alındığını və gündəlik orta hesabla 9,49 milyon barrelə gerilədiyini göstərmişdi.

11.01.2018 20:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ