Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Palatada iclas keçirilib, Alışov tapşırıqlar verib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palatada iclas keçirilib, Alışov tapşırıqlar verib

Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) ötən ilin yekunlarına və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib. Bu barədə "Marja"ya Palatadan bildirilib.

 

Palatanın Baş icraçı direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilən iclasda Palatanın ötən ilin ikinci yarısından etibarən uğurla icra etdiyi layihələr, imza atdığı yeniliklər, maliyyə sektorunun və makroiqtisadi vəziyyətinin sabitliyinin qorunmasına dair görülən işlər, maliyyə xidmətlərinin istehlakçıları qarşısında yerinə yetirilən öhdəliklər müzakirə olunub. 

 

Palata tərəfindən bank sektorunun sağlamlaşdırılması, sığorta sektorunun təkmilləşdirilməsi məqsədilə mexanizmlərinin yaradılması, habelə qiymətli kağızlar bazarlarının inkişafı istiqamətində atılan addımlar, bankların kapital bazarlarına inteqrasiyası kimi məsələlərlə bağlı təkliflər dinlənilib.

 

İclasda həmçinin maliyyə xidmətlərinin inkişafına dair “Strateji Yol Xəritəsi”nin Tədbirlər Planında Palatanın əsas icraçısı olduğu, eləcə də digər icraçısı olduğu strateji yol xəritələri üzrə tədbirlərin 2017-ci ildə icrası ilə bağlı məsələlər müzakirə olundu.

 

İclasda daxili Monitorinq qrupu tərəfindən strateji yol xəritələrinin icrası üçün 2017-2018-ci illər üzrə Əməliyyat Planının 2018-ci il üzrə icra olunacaq tədbirlərin həyata keçirilməsində yarana biləcək risklər və növbəti hədəflər barədə məlumat iclas iştirakçılarına təqdim edilib.

 

Baş İcraçı direktor İbrahim Alışov Əməliyyat Planının 2018-ci ildə də vaxtında və daha effektiv həyata keçirilməsi ilə bağlı öz tövsiyə və tapşırıqlarını işçi qruplarının rəhbərlərinə verib.

 

12.01.2018 07:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ