Mobil manşet üstü reklam-3_21

Dünya bu kritik məlumatlara fokuslandı - DOLLAR UCUZLAŞIR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünya bu kritik məlumatlara fokuslandı - DOLLAR UCUZLAŞIR

Dollar, ABŞ-da bu gün açıqlanacaq inflyasiya göstəricisi ərəfəsində daha da ucuzlaşıb.


 

İnvestorlar bu gün  Bakı vaxtı ilə saat 17:30-da ABŞ-da açıqlanacaq inflyasiya göstəricisini gözləyirlər. "Marja" xəbər verir ki, inflyasiyanın Dekabr ayında aylıq müqayisədə 0,2%, illik müqayisədə isə 1,7% artacağı proqnozlaşdırılır. İnflyasiya Noyabrda aylıq 0,1%, illik isə 1.7% təşkil etmişdi. Əgər, açıqlanacaq inflyasiyalar proqnozlardan aşağı olarsa, Dollar daha da ucuzlaşa bilər. Belə olan halda,Fed bu il 3 dəfə faiz artırmaq fikirindən daşına bilər.
 

ABŞ-da Cümə axşamı günü açıqlanmış istehsalçı qiymətləri indeksi də gözləntiləri qarşılamadı.


PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RISKSIZ ÖYRƏNİN!

 
Dollar indeksi, Cümə axşamı günündən bu yana 0.42% düşüb və çox G-10 pulu qarşısında dəyər itirib. Avro, dollar qarşısında daha çox dəyər qazanan pul vahidi olub.


 
Avro/dollar, Avropa Mərkəzi Bankının nəşr olunan son iclas protokollarının treyderləri məzənnədə yenidən uzun mövqe almağa təşviq etməsilə 0.7 faiz yüksəlib. Məzənnə, Bakı vaxtı ilə saat 10:20-də 1.2044 səviyyəsində olub.
 


Analitiklər bildirirlər ki, təhlillərə əsasən qiymət 1.2089 dolları da yuxarı istiqamətdə qırarsa, 1.2123 dollara kimi də bahalaşa bilər.

 

Qeyd edək ki, ABŞ-da məşğulluq və maaşlar artsa da inflyasiya inadkar bir şəkildə artmır. Fed 2% inflyasiya hədəfinə nail ola bilmir. Analitiklər bildirirlər ki, Fed 2018-ci ildə 3 dəfə faiz artırarsa inflyasiya səngiyəcək və növbəti durğunluq başlayacaqdır. Fed bu il 3 dəfə faiz artırmağı nəzərdə tutur. Lakin faiz qərarlarından öncə inflyasiyaya baxılacaqdır.

 

İnflyasiyanın yüksəlməməsi və faizlərin artırılmasının təxirə salınması Dollar üçün pis xəbərdir. 

12.01.2018 07:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ