Vahid Ələkbərovun bankının məcmu kapitalı 2 dəfəyə yaxın artıb

2017-ci ilin sonunda "Nikoil Bank" ASC-nin məcmu kapitalı 95 milyon 597 min manat təşkil edib ki, bu da 2016-cı ilin sonu ilə müqayisədə 43 milyon 317 min manat və ya 45,3% çoxdur.

 

"Marja" Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, məcmu kapitalın artmasının səbəblərindən biri nizamnamə kapitalının artırılmasıdır. Ötən il "Nikoil Bank"ın nizamnamə kapitalı 35 milyon 500 min manat artırılaraq 220 milyon manata çatdırılıb.

 

Həmçinin 25 milyon 501 min manatlıq subordinasiya borc öhdəlikləri və ehtiyatların az da olsa artması məcmu kapitalın qalxmasını təmin edib.

 

"Nikoil Bank" Rusiyanın neft-qaz nəhəngi LUKOIL-ın rəhbəri, Azərbaycanlı milyader Vahid Ələkbərovun bankı kimi tanınır. Bankın 93.16%-i "Topaz Investments" QSC-yə, 6.68%-i fiziki şəxslərə və 0.16%-i İSR Holding-ə məxsusdur. 

 

Qeyd edək ki, Azərbaycanda banklara qarşı minimal məcmu kapital tələbi 50 milyon manatdır. 

 

"Nikoil Bank"ın 2017-ci ildəki fəaliyyət nəticələri barədə daha ətraflı: http://marja.az/news/19052

 

12 Yanvar 2018 , 11:16   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin