Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

29 milyon manatdan çox zərərdən sonra 7 milyon manata yaxın mənfəət!

iç səhifə xəbər başlığı altı (mobil)_31
29 milyon manatdan çox zərərdən sonra 7 milyon manata yaxın mənfəət!

2016-cı ildə 29 milyon 264 min manat zərər edən "Bank Melli İran" Bakı filialı 2017-ci ili 6 milyon 923 min manat xalis mənfəətlə başa vurub.

 

Reklam_3_11

“Marja” Filialın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ötən il 2 milyon 967 min manat faiz gəliri, 203 min manat haqq və komissiya gəlirləri əldə edən bankın 7 milyon manata yaxın xalis mənfəət əldə etməsi ehtiyatların bir hissəsinin azad olmasıdır.

 

Ötən il əmanət və kredit itkilərinə görə yaradılmış ehtiyatların 5 milyon 749 min manatı azad olub.

 

"Bank Melli İran" Bakı filialı 2016-cı ildə aktivlər üzrə ehtiyatların yaradılmasına 30 milyon 895 min manat ayırdığından ili 29 milyon 264 min manat zərər ilə başa vurmuşdu. Filailın bağlanan banklardan birində depoziti qalmışdı.

 

30-12-2017-ci il tarixinə "Bank Melli İran" Bakı filialının cəmi aktivləri 100 milyon 498 min manat, cəmi öhdəlikləri 31 milyon 213 min manat, cəmi balans kapitalı isə 69 milyon 285 min manat təşkil edib.

 

31-12-2016-cı il tarixində filial 80 milyon 467 min manat cəmi aktivlərə, 58 milyon 561 min manat cəmi öhdəliklərə və 21 milyon 906 min manat cəmi balans kapitalına malik idi.

 

Ötən il Filialın nizamnamə kapitalı 51 milyon 433 min manatdan 73 milyon 611  min manata qaldırılıb. Eyni zamanda 18 milyon 276 min manat subordinasiya borc öhdəlikləri cəlb edilib.

12.01.2018 08:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ